Bakıda qadını avtomobil vurub - VİDEO

Bakıda qadını avtomobil vurub  - VİDEO
# 22 aprel 2022 03:16 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, Azadlıq prospektində “Toyoto” markalı avtomobil yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1988-ci il təvəllüdlü Məcidova Günay Tehran qızını vurub.

Qadın sürücünün köməkliyi ilə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR