Bakıda qonşular arasında dava düşüb, bıçaqlananlar var

Bakıda qonşular arasında dava düşüb, bıçaqlananlar var
# 24 sentyabr 2022 03:47 (UTC +04:00)

Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.

APA xəbər verir ki, dava hər iki qonşunun avtomobil park etməsi üstündə olub.

Qobustan qəsəbəsində yaşayan 1990-ci il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR