Bakıda "Range Rover"lə "Opel" toqquşub, polis xəsarət alıb - FOTO

Bakıda "Range Rover"lə "Opel" toqquşub, polis xəsarət alıb - FOTO
# 04 fevral 2023 17:10 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Nizami rayonunda, "Maşın bazarı" adlanan ərazidə qeydə alınıb.

"Range Rover" və "Opel" markalı avtomobillər toqquşub.

Bundan sonra" Range Rover" səkiyə aşıb.

Qəzadan sonra "Range Rover"in sürücüsü hadisə yerindən yayınıb. "Opel"də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.

Belə ki, “Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Nizami RPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR