Bakıda restoranda yanğın baş verib - FOTO - VİDEO

Bakıda restoranda yanğın baş verib - FOTO - VİDEO
  • Clock-gray 23:13
  • calendar-gray 20 Noyabr 2019

Bakının Binəqədi rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb.

Bildirilir ki, yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date