Bakıda restorandan oğurluq edilib

Bakıda restorandan oğurluq edilib
# 20 sentyabr 2022 11:09 (UTC +04:00)

Bakıda restorandan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində evlərin birindən 800 manat dəyərində naqil və boru, fəaliyyət göstərməyən bir restorandan isə 2350 manat dəyərində qapı və pəncərələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Salayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR