Bakıda şirkətin yarım milyon manatını mənimsəyən qadına hökm oxunub

Bakıda şirkətin yarım milyon manatını mənimsəyən qadına hökm oxunub
# 13 sentyabr 2022 13:27 (UTC +04:00)

Bakıda “RİCH S.A" MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.

Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR