Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var

Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var
# 29 sentyabr 2022 04:00 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb.

Yolun əks istiqaməti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü əvvəlcə nəqliyyat vasitəsini “Opel”, daha sonra “Toyota” markalı minik maşınlarına çırpıb.

Zərbənin təsirindən “Hyundai” yol kənarındakı işıq dirəyinə dəyərək dayanıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları cəlb olunub.

Yolda nəqliyyatın hərəkətində sıxlığın qarşısının alınması məqsədilə avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR