Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var  - FOTO
# 20 may 2022 03:41 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Müzəffər Həsənov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, M.Həsənov küçəsində olan “VAZ 21015” markalı nəqliyyat vasitəsi yol nişanının tələbini pozaraq eyni küçədə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.

Daha sonra “Mercedes” markalı avtomobil hər iki maşına çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR