Bank Of Baku

Bakıda üç avtomobilin iştirakı ilə qəza baş verib - FOTO - VİDEO

Bakıda üç avtomobilin iştirakı ilə qəza baş verib - FOTO  - VİDEO
# 12 oktyabr 2022 04:49 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, “Toyota Prius” markalı avtomobil digər zolağa keçərkən iki eyni markalı maşına çırpıllb. Qəza nəticəsində 1 nəfər sərnişin xəsarət alıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıya yerində tibbi yardım göstərib. Əraziyə yol patrul xidmətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Qəzaya səbəb olan avtomobil cərimə meydançasına yerləşdirilib.

Sürücülərin izahatları alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR