Bakıda  xala bacısı qızlarını döyüb

Bakıda  xala bacısı qızlarını döyüb
# 05 yanvar 2022 03:49 (UTC +04:00)

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində dava düşüb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Ağayeva Xanım Balağa qızı bacısının qızları, 1993-cü il təvəllüdlü G.Qasımova və 1991-ci il təvəllüdlü N.Ağayevanı döyüb. Hər iki zərərçəkən bədənin və üzün müxtəlif nahiyələrinin cırılmış və əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR