Bakıda yanacaq daşıyan avtomobil aşıb, ölənlər var - FOTO

Bakıda yanacaq daşıyan avtomobil aşıb, ölənlər var - FOTO
# 21 mart 2022 15:21 (UTC +04:00)

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasına sərxoş vəziyyətdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR