Bakıda yarımtikilidə yanğın söndürülüb - FOTO

Bakıda yarımtikilidə yanğın söndürülüb - FOTO
# 22 yanvar 2022 13:08 (UTC +04:00)

Bakıda yarımtikilidə yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Ceyhun Səlimov küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR