Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otağında divar sobasının ətrafı 3 m² sahədə yanıb.
FHN-dən APA-ya verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
19.31
Bakıda yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, hadisə Süleyman Rəhimov küçəsində yerləşən binada qeydə alınıb. 3 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınan yanğının mətbəxdəki sobada baş verdiyi bildirilir.
FHN-dən APA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Aysel Şahmar