Bakıda yol qəzası nəticəsində avtomobilin çənindəki benzin yola dağılıb - FOTO - VİDEO

Bakıda yol qəzası nəticəsində avtomobilin çənindəki benzin yola dağılıb - FOTO - VİDEO
  • Clock-gray 05:58
  • calendar-gray 21 İyul 2019

 

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

“İsuzu” markalı yük avtomobilinin sürücüsü Dilqəm Əhmədovun APA-ya verdiyi məlumata görə, o S.Vurğun küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman Zahid Zahidzadənin idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb. 

Zərbənin gücündən yük maşını “KİA” markalı avtomobilə dəyib. Daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə yük avtomobilinin benzin çəninə zərər dəyib. Benzin yola dağılıb. 

Z.Zahidzadə isə APA-ya onun qırmızı işıqdan keçmədyini bildirib. Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yoldakı yanacaq su ilə yuyulub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hər üç sürücünün izahatını alıb.

Fakta hüquqi qiymət ərazidə olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra veriləcək.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date