Bakıda yol qəzasında avtomobil aşıb, ölənlər var - YENİLƏNİB

Bakıda yol qəzasında avtomobil aşıb, ölənlər var - YENİLƏNİB
# 03 yanvar 2023 22:35 (UTC +04:00)

Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi bilinib.

DİN mətbuat xidmətindən APA-ya bildirilib ki, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.

Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.

Nəticədə maşın elektrik dirəyinə çırpılıb.

Hadisə saat 18:00-da baş verib.

***

Saat 22:13

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb.

Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR