Bakıda yük maşınının iştirakı ilə zəncirvari qəza baş verib - FOTO

Bakıda yük maşınının iştirakı ilə zəncirvari qəza baş verib  - FOTO
# 02 iyun 2023 00:43 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, metronun Koroğlu stansiyası istiqamətində hərəkətdə olan “Howo” markalı yük maşının sürücüsü sükana nəzarəti itirərək eyni istiqamətdə hərəkətdə olan Məzahir Babaşova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Ardıcılıqla “Mercedes” də qarşısında olan “Opel” və “Hyundai” markalı maşınlara çırpılıb.

Qəza zamanı daha çox zərərə uğrayan “Mercedes”in sürücüsü APA-ya bildirib ki, yük maşının yüksək sürətlə hərəkət edib. Qəza nəticəsində prospektin “Koroğlu istiqamətinə olan hissəsində bir neçə saat sıxlıq yaranıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR