Bakıda zəncirvari yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO

Bakıda zəncirvari yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO
# 09 dekabr 2022 07:19 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 3 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Tuneldə 77-CG-943 dövlət nişanlı “Toyota” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan eyni markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığına görə “Toyota”-ya çırpılıb.

Daha sonra eyni markalı üçüncü maşın qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində hər üç avtomobillə ciddi ziyan dəyib, sərnişin xəsarət alıb.

Qəzada iştirak edən hər üç avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR