Bakıya təcili eniş edən təyyarənin sərnişini vəfat edib

Bakıya təcili eniş edən təyyarənin sərnişini vəfat edib
# 01 avqust 2022 15:01 (UTC +04:00)

Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

APA-Economics” Aeroportun yaydığı məlumata istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.

Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR