Balakəndə evdə yanğın olub, 2 nəfər xəsarət alıb

Balakəndə evdə yanğın olub, 2 nəfər xəsarət alıb
# 30 iyul 2022 18:58 (UTC +04:00)

Balakəndə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları, altında olan taxta materiallar və 2 ədəd dəzgah yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərinin Seyidkəran kəndində isə ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR