Bank Of Baku

Balakəndə yeniyetmə 37 yaşlı kişini bıçaqlayıb

Balakəndə yeniyetmə 37 yaşlı kişini bıçaqlayıb
# 26 iyul 2023 11:40 (UTC +04:00)

Balakəndə bıçaqlanma hadisəsi olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qullar kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Şabanov çoxsaylı kəsilmiş və sıyrılmış xəsarətlərlə xəstəxanaya daxil olub. Ona xəstəxanada tibbi yardım göstərilib. Hadisə gecə saatlarında rayonun Puştətala kəndində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, R.Şabanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR