Bank hesablarından oğurluq edən qadın tutulub

Bank hesablarından oğurluq edən qadın tutulub
# 09 iyun 2023 10:36 (UTC +04:00)

İyunun 8-də Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR