Bank kartı oğurlayan şəxs tutulub

Bank kartı oğurlayan şəxs tutulub
# 07 dekabr 2022 13:42 (UTC +04:00)

Füzuli rayon sakininin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR