Baş Prokurorluq: Elçin Sadıqov hüquqi xidmətlərlə təmin edilib

Elçin Sadıqov

© APA | Elçin Sadıqov

# 13 sentyabr 2022 15:49 (UTC +04:00)

Bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR