“Ermənistan hərbi qulluqçularının çəkərək sosial şəbəkələrdə paylaşdığı videolarla bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir”.
APA-nın xəbərinə görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
Nemət Əvəzov deyib ki, həmin əsir götürülmüş bir hərbi qulluqçunun boğazının kəsilərək öldürülməsi, yaralı, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, əl-ayağı tərpənməyən hərbi qulluqçunun başına avtomatın qundağı ilə çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi kimi çoxsaylı faktlar var: “Bizim insanımız insan deyil, ermənininki insandır? Bu yanaşma yolverilməzdir”.