Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
  • Clock-gray 18:27
  • calendar-gray 23 İyul 2019

İyulun 22-də Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olunmuş nəvələri 2011-ci il təvəllüdlü İlkin Quliyev (ad, soyad şərtidir) və 6 aylıq körpə Rza Quliyevi (ad, soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması rayon polis şöbəsinin İstintaq bölməsinə tapşırılıb.

Bu barədə APA-ya Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyən edilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilərək ataları Sərxan Kərimova təhvil verilib.

Uşaqların səhhəti normaldır. Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date