Bərdə sakininə silahla xəsarət yetirilib - VİDEO

Bərdə sakininə silahla xəsarət yetirilib - VİDEO
# 13 iyun 2022 12:33 (UTC +04:00)

Bərdə sakininə odlu silahdan atəş açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR