Bərdədə qəza zamanı 1 piyada ölüb, digəri xəsarət alıb - VİDEO

Bərdədə qəza zamanı 1 piyada ölüb, digəri xəsarət alıb - VİDEO
# 10 iyun 2022 00:15 (UTC +04:00)

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Ədalət Şahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yolu keçmək istəyən piyadalar - Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. R. Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR