Bərdədə yük və minik maşınları toqquşub, yaralılar var - FOTO - VİDEO

Bərdədə yük və minik maşınları toqquşub, yaralılar var - FOTO  - VİDEO
# 18 dekabr 2021 23:24 (UTC +04:00)

Bətdə-Ağcabədi avtomobil yolunun Bərdə rayonunun Lək kəndi ərazisində keçən hissəsində yol qəzası baş verib.

APA xəbər verir ki, 1991-ci il təvəllüdlü Qurbanov Amil Vəli oğlunun idarə etdiyi
02 BM 874 dövlət qeydiyyat nişanlı “QazEL” markalı yük maşını ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonları ərazisində dumanlı hava şəraiti hökm sürür. Dumanlı hava sürücülərin görmə qabiliyyətini məhdudlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR