Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə qərar verilib

Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə qərar verilib
# 19 aprel 2022 18:50 (UTC +04:00)

Jurnalist Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

APA-nın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda qərar elan elan olunub.

Qərara əsasən, jurnalist tərəfindən verilmiş şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verilib.

Xatırladaq ki, Ülviyyə Alovlu şikayət ərizəsində Bəxtiyar Hacıyev tərəfindən təqib edildiyini, ünvanına qeyri-etik ifadələr səsləndiyini iddia edib.

Xüsusi ittihamçı ictimai fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR