Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurub  

 Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurub  
# 04 oktyabr 2019 16:06 (UTC +04:00)

Beyləqanda məktəbliləri maşın vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR