Bank Of Baku

Yəməndə hava zərbələri nəticəsində 23 dinc sakin həlak olub

Yəməndə hava zərbələri nəticəsində 23 dinc sakin həlak olub
# 24 noyabr 2026 04:54 (UTC +04:00)

Yəmənin cənubundakı Ləhc əyalətində nəqliyyat vasitələrinə endirilən hava zərbələri nəticəsində azı 23 dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.

Husilərin nəzarətində olan SABA agentliyinin məlumatına görə, hadisə Vadi-Maabak ərazisində baş verib.

Husilərin hökumətində səhiyyə qurumunun nümayəndəsi Ənis əl-Əsbahi ölən və yaralananların əksəriyyətinin Taiz əyalətinə üz tutan məcburi köçkünlər olduğunu bildirib.

Husilər hücumun həyata keçirilməsində Səudiyyə Ərəbistanını ittiham ediblər.

Ləhc əyalətinin hakimiyyət orqanları və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin Silahlı Qüvvələrinin nümayəndəsi Məcid ən-Nuzeyli isə hücuma görə husiləri məsul tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR