Beyləqanda ev yanıb, 1 nəfər xəsarət alıb

Beyləqanda ev yanıb, 1 nəfər xəsarət alıb
# 20 iyun 2022 17:58 (UTC +04:00)

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən, iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan evin və bitişik, sahəsi 140 m² olan digər evin yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR