Beyləqanda ev yanıb

Beyləqanda ev yanıb
# 04 yanvar 2023 23:52 (UTC +04:00)

Beyləqan rayonunda ev yanıb.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğın hadisəsi Qəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR