Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqanda ev yanıb, xəsarət alan var
# 14 oktyabr 2019 04:47 (UTC +04:00)

Beyləqanda yanğın zamanı bir nəfər xəsarət alıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonunun Qaralılar kəndində baş verib.

Yanğın zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Nəticədə bir nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR