Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən APA-ya verilən xəbərə görə, aprelin 28-də saat 13 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində rayon sakinləri İsmayıl Zeynallının idarə etdiyi “VAZ-217050” və Möhlət Həsənovun idarə etdiyi “QAZ-53” markalı avtomobillər toqquşub. Nəticədə İ.Zeynallı hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ-də araşdırma aparılır.
Aysel Şahmar