Biləcəri dəmiryolu stansiyasında bədbəxt hadisə nəticəsində post növbətçisi ölüb

Biləcəri dəmiryolu stansiyasında bədbəxt hadisə nəticəsində post növbətçisi ölüb
# 14 avqust 2019 11:56 (UTC +04:00)

Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova "APA-Economics"ə bildirib ki, bu gün səhər saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR