Biləsuvarda 4, Şamaxıda 3 otaqlı ev yanıb

Biləsuvarda 4, Şamaxıda 3 otaqlı ev yanıb
# 15 mart 2023 09:15 (UTC +04:00)

Biləsuvarda və Şamaxıda ev yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun İsmətli kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Şamaxı rayonunun Qızmeydan kəndində ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR