Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var
# 29 dekabr 2022 16:36 (UTC +04:00)

Biləsuvarda avtomobil aşıb.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib. Avtomobilin aşması nəticəsində 2 nəfər - Bakı şəhər sakinləri - 1971-ci təvəllüdlü Sevda Süleymanova və 1975-ci il təvəllüdlü Əntiqə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR