Biləsuvarda gənc qadın dəm qazından boğularaq ölüb 

Biləsuvarda gənc qadın dəm qazından boğularaq ölüb 
# 22 yanvar 2022 21:48 (UTC +04:00)

Biləsuvarda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Saatlı rayon sakini, 2003-cü il təvəllüdlü Rəmsudə Əliyeva qonaq gəldiyi atası evində dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR