Biləsuvarda traktor aşması nəticəsində xəsarət alan şəxs ölüb

Biləsuvarda traktor aşması nəticəsində xəsarət alan şəxs ölüb
# 25 may 2022 13:17 (UTC +04:00)

Biləsuvarda traktorun aşması nəticəsində xəsarət alan şəxs ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, mayın 23-də rayonun Nərimankənd ərazisində Niyaməddin Hümbətovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 1988-ci il təvəllüdlü Yaşar Yusif oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Y.Quliyev bu gün xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR