Bir neçə gün əvvəl bıçaqlanan Bakı sakini xəstəxanada keçinib

Bir neçə gün əvvəl bıçaqlanan Bakı sakini xəstəxanada keçinib
# 13 avqust 2019 07:41 (UTC +04:00)

Bakıda bir neçə gün bundan əvvəl bıçaqlanan şəxs dünyasını dəyişib.

APA xəbər verir ki, İsgəndərov Asif Həsən oğlu avqustun 5-də bıçaqlanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Ancaq həkimlərin bütün səyinə baxmayaraq, o, cəmi bir neçə gün yaşaya bilib və ötən gün xəstəxanada keçinib.

Faktla bağlı prokurorluq orqanları istintaq araşdırmalarına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR