Boğazında şokolad kağızı qalan 5 yaşlı uşaq ölüb

Boğazında şokolad kağızı qalan 5 yaşlı uşaq ölüb
# 18 iyul 2022 08:53 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, 2017-ci il təvəllüdlü H. Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.

Qeyd edək ki, H. Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR