Buzovnada açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Buzovnada açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 28 sentyabr 2022 18:26 (UTC +04:00)

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

İlkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanıb.

***

12.06

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR