Culfada yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

Culfada yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb
# 09 iyun 2023 08:54 (UTC +04:00)

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Qazançı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Culfa rayon Qazançı kənd sakini, 2002-ci il təvəllüdlü İbrahimli Rüstəm Söhrab oğlu xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR