Dəmir yolu stansiyasından yarım ton metal qırıntıları oğurlamaq istəyən şəxslər tutulub

Dəmir yolu stansiyasından yarım ton metal qırıntıları oğurlamaq istəyən şəxslər tutulub
# 23 dekabr 2021 12:17 (UTC +04:00)

Bakıda dəmir yolu stansiyasından oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 22-də Keşlə dəmir yolu stansiyası ərazisindən 500 kiloqram çəkidə metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakinləri A.Vəliyev və S.Rüstəmov saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR