Ötən gün yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb - RƏSMİ

Ötən gün yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb - RƏSMİ
  • Clock-gray 10:53
  • calendar-gray 23 Oktyabr 2019

Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublikada qeydə alınmış cinayət və hadisələr haqqında statistikanı açıqlayıb.

DİN-dən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.  Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date