DİN evə oğurluğa girən şəxsin baltalanması barədə xəbərlərə münasibət bildirib - VİDEO

DİN evə oğurluğa girən şəxsin baltalanması barədə xəbərlərə münasibət bildirib - VİDEO
# 21 aprel 2022 11:56 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayonunda evə oğurluğa girən şəxsin baltalanması barədə xəbərlərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisə ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Araşdırmalarla müəyyən olunub ki, Ağstafa rayon sakini Kənan Əlləzov gecə saatlarında Köçəsgər kənd sakini Habil Ələkbərova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub. O, evə daxil ola bilmək üçün işığı söndürüb, daha sonra həyətdə səs salaraq ev sahibinin evdən çıxmasını təmin etmək istəyib.

Bu zaman Kənan Əlləzov ev sahibi ilə rastlaşıb və ona əlindəki dəmir alətlə xəsarət yetirib. Buna cavab olaraq ev sahibi əlindəki balta ilə ona zərbə endirib.

Cinayəti törətməkdə şübhəli bilinən Kənan Əlləzov xəstəxanaya yerləşdirilib. Ev sahibi Habil Ələkbərov isə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə yerindən Kənan Əlləzova məxsus maska, əlcək və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR