DİN hüquq müdafiəçisinin həbsi və oğlunun toyu barədə iddialara münasibət bildirib

DİN hüquq müdafiəçisinin həbsi və oğlunun toyu barədə iddialara münasibət bildirib
# 10 iyun 2022 17:50 (UTC +04:00)

“Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb”.

Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E. Hacıyev bildirib ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır: ”Qanuna müvafiq olaraq, karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVİD-19 pasportu yoxlanılıb. Burda da hər hansı hüqüqazidd hal yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi İlham Təhməzovun "Tərtər işi"ni araşdırdığına görə həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

İlham Təhməzov Yeganə Ələkbərovanın xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə Yevlax rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR