DİN "Atəşgah Sığorta"ya məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb

DİN "Atəşgah Sığorta"ya məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb
# 20 sentyabr 2019 12:45 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) dünən Bakı-Quba yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən “Hyundai” markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR