Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb
# 02 avqust 2022 15:47 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 16-na təyin edilib.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR